Hava şəraitindən asılı olaraq genişlənən bağ evi

Google+ Pinterest LinkedIn Tumblr +

İxtisasca fizik olan niderlandlı Kaspar Şolsun layihələndirdiyi bağ evi modeli böyük ictimai marağa səbəb olub.

Biosfer.az xarici saytlara istinadla xəbər verir ki, ANNA adlandırılan dinamik ev hava şəraitindən, eləcə də ev sahibinin istəyindən asılı olaraq genişlənə bilir. Belə ki, ilk baxışdan adi görünən çoxfunksiyalı taxta evciyi zəruri olduqda 2 bərabər hissəyə bölərək açıq havada istirahət zonasına çevirmək mümkündür.

Su və istilik sistemi ilə təchiz olunmuş evin bir hissəsində mətbəx və vanna otağı, digərində isə yemək və qonaq otaqları yerləşib.

Bağ evini sökülmüş halda dünyanın istənilən yerinə apararaq, quraşdırmaq olar. Modul evin qiyməti 100 min dollardır.

Paylaş