Yaponiyada zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Noyabrın 22-də yerli vaxtla saat 19:06 dəqiqədə Yaponiyanın şimal-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Yaponiya Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentrinin İbaraki prefekturasının sahillərində, ocağının 40 kilometr dərinlikdə olduğu bildirilir.

Zəlzələnin paytaxt Tokio regionu ilə yanaşı, Fukuşima, Miyaqi, Toçiqi, Saytama və Qunma prefekturalarında da hiss olunduğu bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Paylaş