Alimlər Marsdakı suyun hansı səbəbdən yox olacağını müəyyənləşdirib

Google+ Pinterest LinkedIn Tumblr +

Amerikalı tədqiqatçılar qrupu vaxtilə Marsda mövcud olmuş xeyli miqdarda suyun toz fırtınalarının təsiri ilə yox ola biləcəyini müəyyənləşdirib.

Biosfer.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə deyilir.

Araşdırma nəticəsində toz fırtınaları zamanı qırmızı planetin səthindən su hissəciklərinin atmosferin üst qatlarına çatdığı və yüngül hidrogenə (protium) çevrildiyi, daha sonra kosmosa getdiyi məlum olub.

Qeyd olunur ki, Marsın atmosferinin üst qatlarında suyun miqdarı fəsildən asılı olaraq dəyişib, cənub yayında maksimuma çatıb və toz fırtınası zamanı artıb.

Daha əvvəl mütəxəssislər bir neçə milyard il əvvəl Marsda suyun varlığına dair dəlil tapıblar. Sahara səhrasında mineral tərkibində su üçün xarakterik olan oksidləşmə əlamətləri tapılan Marsdan gəlmiş meteorit aşkar edilib.

Paylaş