Noyabrın 16-da Filippində 5,9 bal gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentrinin Mindanao adasında yerləşən Aras-Asan şəhərindən 20 kilometr məsafədə, ocağının 66 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.