Sinoptiklərdən hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq

Google+ Pinterest LinkedIn Tumblr +

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.

Xidmətdən Biosfer.az-a bildiriblər ki, şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 15-18, arabir 20-25 metrədək güclənəcək. Havanın temperaturu 3-5° enəcək.

Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi bildirilir.

Paylaş