Magistral yolun ortasında yaşayan adam

Google+ Pinterest LinkedIn Tumblr +

Çinin Quandun əyalətində avtomobil şosesinin 2 xəttinin arasında yerləşən 40 kvadratmetrlik “cırtdan” ev heç vaxt turistlərdən əskik olmur.

Biosfer.az xarici saytlara istinadla xəbər verir ki, evin sahibi olan qadın digər mənzilə köçməkdən qəti imtina edir, halbuki avtomagistral tikilərkən burada yaşayan 47 ev sahibinə digər ərazilərdən ev verilməklə yanaşı, kompensasiya da ödənilib.

Maraqlıdır ki, ev sahibinə yerli hökumət kompensasiya olaraq 2 mənzil və 186 min dollar təklif etsələr belə, qadın buna razı olmayıb. O, yalnız 4 mənzil və 287 min dollara evi boşaltmağa razılıq verəcəyini bildirib.

Hazırda öz evində qalan çinli magistralboyu şütüyən avtomobillərin səs-küyünə və qeyri-adi mənzərəyə baxmağa gələn turistlərə dözməyə məcburdur.

Paylaş