Xəzər dənizində zəlzələ qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Oktyabrın 4-də Xəzər dənizində maqnitudası 3,4 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 15:39 -da qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

Paylaş