Meşəqırma halları hansı rayonlarda çoxdur?

Google+ Pinterest LinkedIn Tumblr +

Meşəqırma hallarının daha çox qeydə alındığı rayonlar var. Burada Oğuz, Qəbələ, İsmayıllı və Lerik rayonları fərqlənir.

Biosfer.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

O, həmçinin qeyd edib: “2017-ci ildə qanunsuz qırıntının həcmi 55-56 min kubmetr, 2018-ci ildə 28 min kubmetrdən, 2019-cu ildə 18 min kubmetrdən çox olub. Bu ilin ötən dövründə isə həmin rəqəm 6 min 600 kubmetrdir”.

Paylaş