Bu il 25 hektar meşə fondu ərazisində yanğın qeydə alınıb

Google+ Pinterest LinkedIn Tumblr +

Məhsul yığılandan sonra əkin sahələrinin yandırılması nəticəsində bəzən yanğınlar meşələrə də keçir. Bu il 31 belə yanğın hadisəsi qeydə alınıb ki, bunların da meşələrə keçməsinin qarşısı alınıb.

Biosfer.az xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Ekspert saatı”nda deyib.

“Ötən il meşə fondunun 513 hektar ərazisində yanğın hadisəsi baş verib. Bu il isə 25 hektar ərazidə yanğın qeydə alınıb. Bu, əsasən meşə ərazisində quru ot və kolların yanması ilə nəticələnib. Meşələrə ciddi ziyan dəyməyib”, – deyə N.Xıdırov bildirib.

Paylaş