Balqabaq arıqlamaq üçün çox faydalıdır

Google+ Pinterest LinkedIn Tumblr +

Arıqlamaq üçün çox faydalı və həm də ucuz olan balqabaq payız aylarında yetişir. Diyetoloq Mixail Ginzburqun sözlərinə görə, balqabaq az miqdarda kaloriyə və şirin dada malikdir.

Biosfer.az “MedikForum” informasiya portalına istinadla bildirir ki, balqabaq düzgün qidalanma və artıq çəkidən qurtulmaq üçün daha yararlıdır.

“Adətən bütün dadlı məhsullar yüksək kaloriliyə, şəkər və piy tərkibinə malik olur. Balqabaq bu cəhətdən xoş bir istisna olmaqla yanaşı, həm də lifli strukturuna görə olduqca doyumludur”, – deyə mütəxəssis bildirib.

Diyetoloq onu da xatırladıb ki, arıqlamaq üçün qida rasionu müxtəlif cür olmalıdır.

Paylaş