Qasırğa 1 milyondan çox insanı işıqsız qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

22-23 avqust tarixlərində Dominikan Respublikası ərazisindən keçən Laura tropik qasırğası nəticəsində 1,1 milyon insanın yaşadığı ərazilər işıqsız qalıb.    

Bu barədə Biosfer.az “El Nacional” yerli qəzetinə istinadən xəbər verir.

Hazırda mütəxəssislər elektrikin yenidən bərpa olunması üzərində çalışırlar. Azı iki nəfər qasırğa nəticəsində həyatını itirib.

Qeyd edək ki, Laura tropik qasırğasının sürəti 23 m/s təşkil edib. Hazırda qasırğa Kubaya doğru hərəkətdədir.

Paylaş