Açıq meşə sahələrində salınmış aqrobağların monitorinqi aparılır

Google+ Pinterest LinkedIn Tumblr +

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə torpaqlarında salınmış aqrobağların monitorinqi aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov cənub regionunun Lənkəran, Cəlilabad, Astara rayonlarında meşə fondunun 185 hektar açıq sahəsində salınmış aqrobağlara baxış keçirib, görülmüş işlərlə tanış olub.

Nazir müavininin iştirakı ilə keçirilən monitorinqlərin nəticələri göstərib ki, aqrobağların salınmasında bütün aqrotexniki qaydalara və meşə torpaqlarından səmərəli istifadə tələblərinə əməl edilib.

Aqrobağların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər digər bölgələrdə də davam etdirilir.

Paylaş