MHX: Avqustun ortalarında hava sərin keçəcək

Google+ Pinterest LinkedIn Tumblr +

Avqust yay fəslinin ən isti ayıdır. Xüsusən də son onilliklərdə ən davamlı isti hava dalğaları və ən yüksək temperatur göstəriciləri məhz bu ayda qeydə alınıb.

Milli Hidrometeorologiya Xidmətindən Biosfer.az-a bildiriblər ki, ötən illərdən fərqli olaraq, bu il 35°-dən yüksək temperatur Bakıda yalnız 1 dəfə qeydə alınıb. Ayın əvvəlindən bu günədək orta temperatur 5 gün ərzində iqlim normasından 2,3°-dək aşağı olub.

Bu cür hava şəraiti Rusiyanın cənubundan, Qara dəniz üzərindən bizim regiona atmosfer hava cəbhələrinin daxil olması ilə bağlıdır.

Növbəti nisbətən sərin hava dalğasının təsiri avqust ayının 14-dən ikinci ongünlüyün sonunadək hiss olunacaq. Belə ki, arabir güclənən şimal küləyinin fonunda havanın temperaturu çoxillik normadan aşağı olacaq. Paytaxtda maksimal temperatur 25-30°-dən yüksək olmayacaq. Rayonlarda hava arabir yağışlı olacaq.

Paylaş