Yaponiyada leysan yağışları 15 nəfərin həyatına son qoydu

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın cənub-qərbində yağan güclü leysan yağışları nəticəsində azı 15 nəfər ölüb.

Biosfer.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Son məlumatlara görə, Kumaqava çayının daşması nəticəsində Kumamura qəsəbəsində (Kumamoto prefekturası) qocalar evi su altında qalıb. Hadisə yerinə gələn xilasedicilər 14 nəfərin meyitini çıxarıb.

Daha əvvəl isə kiçik Akisita kəndində sürüşmə nəticəsində yaranmış uçqun altında qalan 1 nəfərin öldüyü xəbər verilmişdi.

Hazırda 9 nəfər itkin düşüb.

Paylaş