Hindistanda daşqın: 59 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın şimal-şərqində yerləşən Assam ştatında güclü musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində son bir həftə ərzində azı 59 nəfər ölüb.

Biosfer.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, Brahmaputra çayında və onun qollarında suyun səviyyəsi kritik səviyyədən də yuxarı qalxıb. Təbii fəlakət ştatın 27 dairəsində 20-nə bu və ya digər dərəcədə ziyan vurub. 1,3 milyondan çox insan fəlakət zonasındadır. 1 636 kənd və qəsəbə su altında qalıb.

Ştat hökuməti 150-dən çox müvəqqəti düşərgə qurub. Telekanal qeyd edir ki, təbii fəlakətdən əziyyət çəkənlərə düyü, dənli bitkilər, ilkin zərurət malları paylanır.

Paylaş