Yaponiyada torpaq sürüşmələri ilə bağlı XƏBƏRDARLIQ

Google+ Pinterest LinkedIn Tumblr +

Yaponiyanın Kyuşü adasında yerləşən Kaqoşima şəhərinin 70 mindən çox sakininə torpaq sürüşmələri ilə bağlı təxliyə xəbərdarlığı göndərilib.

Biosfer.az Kaqoşima şəhər bələdiyyəsinin saytına istinadla xəbər verir ki, yaşlı və hərəkət məhdudiyyətli insanların təxliyəsinə artıq başlanılıb.

Bildirilir ki, torpaq sürüşmələrinə aramsız yağışlar səbəb olub.

Bununla yanaşı, iyunun 30-dan başlayaraq Yaponiyanın qərbində və cənub-qərbində gözlənən güclü yağışlar nəticəsində çayların bəndləri aşacağı və torpaq sürüşmələri yaradacağı da qeyd edilir. Kyuşü adasının qərbində yerləşən Kaqoşimada iyulun 1-dək sutkada 200 millimetr yağıntının düşəcəyi proqnozlaşdırılır.

Paylaş