Hindistanda milyondan çox insan daşqınlardan əziyyət çəkir

Google+ Pinterest LinkedIn Tumblr +

Hindistanın Assam ştatında yaşayan bir milyondan çox insan musson yağışlarının doğurduğu daşqınlar səbəbindən evlərini tərk etməyə məcbur olub.

Biosfer.az Interfax agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində, həmçinin iki nəfər suda boğulub. Ştatın hakimiyyət orqanlarının məlumatına görə, daşqınlarla bağlı vəziyyət getdikcə gərginləşir.

Leysan yağışları səbəbindən dünyanın ən iri çaylarından biri olan Brahmaputra məcrasından çıxaraq ştatın 2 mindən çox kəndini basıb. Nadir kərgədanların yaşadığı Kaziranqa milli parkının da su altında qaldığı bildirilir.

Hindistanın su resursları üzrə federal idarəsinin məlumatına əsasən, yaxın üç gün ərzində yağıntı miqdarının çoxalması və çaylarda suyun səviyyəsinin daha da artması gözlənilir. Hazırda ştatda xilasetmə əməliyyatları aparılması üçün hərbiləşdirilmiş hissələr yerləşdirilir.

Paylaş