Qurcana çayı tullantılardan təmizlənib

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Şəki şəhərindəki Qurcana çayının tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan şikayət regional ekologiya idarəsinin əməkdaşları tərəfindən araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı Qurcana çayının tullantılarla çirkləndirilməsi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.

Nazirliyin əməkdaşlarının nəzarəti ilə Şəki Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri çayı tullantılardan təmizləyiblər.

Paylaş