İyun ayına olan HAVA PROQNOZU

Google+ Pinterest LinkedIn Tumblr +

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir. İlk ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.

Xidmətdən Biosfer.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 23-26° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24°, gündüzlər 26-31°, bəzi günlərdə 35-38° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 9-12 millimetr) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24°, gündüzlər 30-35°, bəzi günlərdə 38-40° isti olacaq. Aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 millimetr) olacağı bildirilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-19° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Temperaturun gecələr 12-17°, gündüzlər 19-24°, bəzi günlərdə 28-30° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 86-130 millimetr) ehtimalı var.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26° isti olacağı bildirilir. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperaturun gecələr 18-23°, gündüzlər 30-35°, bəzi günlərdə 37° isti olacaq. Aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 46-63 millimetr) olacağı proqnozlaşdırılır.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperatur 22-25° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperaturun gecələr 17-22°, gündüzlər 25-30°, bəzi günlərdə 33-37° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan az olacağı (norma 18-179 millimetr) ehtimal edilir.

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 25-28° isti olacağı olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperatur gecələr 19-24°, gündüzlər 30-35°, bəzi günlərdə 37-39° isti olacaq. Aylıq yağıntının miqdarı isə iqlim normasına (norma 12-49 millimetr) yaxın olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 23-25° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Temperaturun gecələr 18-23°, gündüzlər 25-30°, bəzi günlərdə 32-35° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 29-47 millimetr) proqnozlaşdırılır.

Paylaş