Şəki şəhərinin mərkəzində qonur ayı

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub.

Şəki Regional Ekologiya İdarəsindən Biosfer.az-a bildiriblər ki, idarənin əməkdaşları polislə birgə ayının insanlar üçün təhlükə yaratmaması üçün tədbirlər görür, onun vəhşi təbiətə qaytarılması üsullarını nəzərdən keçirirlər.

Vətəndaşlardan xahiş olunur ki, ehtiyatlı davransınlar, ayının müvəqqəti təcrid edildiyi, Axundzadə prospektinin 20 Yanvar küçəsi ilə kəsişdiyi əraziyə yaxınlaşmasınlar.

Paylaş