Bu ölkə meşələrin kəsilməsindən rəsmi olaraq imtina etdi!

Google+ Pinterest LinkedIn Tumblr +

Norveç rəsmi olaraq “meşələrin sıfır kəsilməsi” siyasətinin reallaşdırılması haqqında qərar qəbul edib.

Biosfer.az xəbər verir ki, ağacları qoruyub saxlamaq üçün ölkə palma yağı və digər məhsullardan istifadədən də imtina edib. Belə ki, bu məhsulları hazırlamaq üçün meşə massivlərini məhv etmək zəruridir.

Uzun illərdir ki, Norveç meşələrin mühafizəsi üzrə ardıcıl siyasət aparır. 2015-ci ildə bu ölkə Braziliyaya 1,5 mlrd. dollar yönəldib. Belə ki, Braziliyanın ərazisində Amazonkanın yağış meşələrinin 60%-i yerləşir. Bu sərmayələr 85 000 kv. km-dən artıq tropik meşələrin qalmasına kömək edib. Ümumilikdə, son onillikdə Norveçin və digər dövlətlərin dəstəyi ilə Braziliyanın Amazoniyasında ağacların kəsilməsinin həcmi 75%-dən çox azalmışdır. 2011-ci ildən 2015-ci ilə qədər Norveç eyni məqsədlə digər Cənubi Amerika ölkəsi olan Qayanaya 250 mln. dollar ayırıb.

Paylaş