Neymar itləri ilə məşq etdi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Fransa PSJ-sinin və Braziliya milli komandasının futbolçusu Neymar həyətində məşq edib.

“Report”un məlumatına görə, braziliyalı hücumçuya iki iti rəqib olub. Üçüncü it isə onlara heç tamaşaçı kimi də maraq göstərməyib.

Qeyd edək ki, bu mövsüm Neymar Fransa Liqa 1-də 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı forvard digər yarışlarda – Çempionlar Liqası, Fransa Liqa Kuboku və Fransa Kubokunda 7 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Paylaş