Günəş fırtınalarının öyrənilməsi üçün yeni missiya buraxılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ Kosmik Agentliyi (NASA) Günəşdə fırtınaların əmələ gəlməsini tədqiq etməyə imkan verən “Sun Radio Interferometer Space Experiment” (SunRISE – “Radiointerferometr vasitəsilə Günəşin tədqiqi üzrə kosmik eksperiment”) adlı yeni tədqiqat missiyası buraxmaq niyyətindədir. Bu barədə “NASA” saytında deyilir.

Biosfer.az ictnews.az-a istinadən bildirir ki, missiyanın fəaliyyəti dövründə əldə edilən informasiya Günəş sisteminin quruluşunu daha yaxşı anlamaqla yanaşı, Aya və Marsa göndəriləcək astronavtları qorumağa kömək edəcək.

Məlumata görə, “SunRISE” missiyasına bir teleskop kimi işləyəcək altı mikropeyk daxil olacaq. Buraxılışı 1 iyul 2023-cü ilə nəzərdə tutulan missiya üçün “NASA” tərəfindən 62,6 milyon dollar ayrılıb.

“SunRISE” peyklərinin köməyi ilə alimlər Günəş sahələrinin günəş fırtınalarının əmələ gəlməsinə səbəb olan kosmik mühit mənbələrinin üçölçülü xəritələrini yaratmağı planlaşdırırlar. Bundan başqa, missiya Günəşdən uzaqlaşma zamanı hissəciklərə sürətlənmək üçün nəyin kömək etdiyini izləyəcək.

Paylaş