Bu şəhərdə it və pişik ətinin satışı qadağan edilir

Google+ Pinterest LinkedIn Tumblr +

Çində it və pişik ətinin satış və istehlakının qadağasının tətbiqinə başlanılacaq.

Biosfer.az BBC-yə istinadən xəbər verir ki, qadağa mayın 1-dən başlayaraq Quandun vilayətinin Şençjen şəhərində tətbiq ediləcək.

Beləliklə, Şençjen pişik və it ətinin satış və istehlakının yasaqlandığı ilk şəhər olacaq.

Qeyd edək ki, beynəlxalq təşkilatların məlumatına görə, Asiyada ildə 30 milyon it öldürülür.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 951 754 nəfər təşkil edir. Bunların 202 886 nəfəri sağalıb, 48 319 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş