İndoneziyada güclü zəlzələ olub

Google+ Pinterest LinkedIn Tumblr +

Martın 27-də İndoneziyanın şərqində yerləşən Papua əyalətində 5,8 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentrinin Cayapura şəhərindən 174 kilometr qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir.

Paylaş