Bakıda havanın temperaturu normadan yüksək olub

Google+ Pinterest LinkedIn Tumblr +

Martın 25-də gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik , Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a bildiriblər ki, martın 24-də Bakıda havanın temperaturu iqlim normasını 5.7° ötüb. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək, Aran rayonlarında 17-20°, dağlıq rayonlarda 12° -dək, Naxçıvan Muxtar Respublikasında 16-22° isti olub.

Paylaş