İranda yenidən güclü zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində gecə saatlarında 4,3, daha sonra isə 3,7 bal gücündə zəlzələ olub.

Biosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Episentri Xoy ərazisində olan 4,3 bal gücündə yeraltı təkanların dərinliyi 7 km-də yerləşib. İkinci 3,7 bal gücündə zəlzələ isə 8 km dərinlikdə olub.

Dağıntı və tələfat haqqında hələlik məlumat verilməyib.

Xatırladaq ki, fevralın 23-ü Türkiyə – İran sərhəd bölgəsində 5,7 bal gücündə zəlzələ olub.

Paylaş