Xətai rayonunda ağac kəsintisi faktı aşkarlanmayıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Xətai rayonu Rahib Məmmədov və General Şıxlinski küçələrində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, həmin əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən qanunsuz zəbt edilərək primitiv üsulla metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı metal torların Bakı Şəhər və Xətai Rayon İcra hakimiyyətləri tərəfindən söküldüyü məlum olub. Ərazidə ağac kəsintisi faktı aşkarlanmayıb.

Paylaş