Ferma rəhbərliyinə ətrafa yayılan iy-qoxu ilə bağlı xəbərdarlıq

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə paytaxtın Xəzər rayonunun Zirə qəsəbəsindəki quşçuluq fermasının fəaliyyəti nəticəsində ətrafa iy-qoxunun yayılması ilə bağlı daxil olan şikayət yerində araşdırılıb.

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktoru Ramal Bağırov Biosfer.az-a bildirib ki, idarənin əməkdaşları Zirədə yerləşən quşçuluq ferması ətrafında bir neçə dəfə monitorinq keçiriblər: “Atmosfer havasından götürülən nümunələr üzərində analizlər aparılıb və nəticələr norma daxilində olub. Lakin fermanın rəhbərliyinə ətrafa yayılan iy-qoxu ilə bağlı və tez bir zamanda buna səbəb olan tullantıların təmizlənməsi, düzgün idarə olunması üçün xəbərdarlıq edilib”.

Departament direktorunun sözlərinə görə xəbərdarlığa əməl olunmadığı təqdirdə quşçuluq fermasının daxili istehsalat prosesinin yoxlanılması üçün İqtisadiyyat Nazirliyinə müraciət olunacaq və tullantıların idarə olunması vəziyyəti araşdırılacaq.

Paylaş