Badamdar sürüşmə sahəsi aktivləşib

Google+ Pinterest LinkedIn Tumblr +

Badamdar sürüşmə sahəsində aktivləşmə qeydə alınıb.

Bu barədə Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Sadiq Əmiraslanov məlumat verib.

Nazirliyin rəsmisi deyib: “Badamdar sürüşmə sahəsində son aktivlik yanvarda qeydə alınıb və torpaq kütləsi dağılıb. Hazırda ərazidə yeni sürüşmə baş verməyib. Sadəcə həmin kütlə üzərində müəyyən dəyişikliklər olub. Aktivləşmənin səbəblərini, sürüşmə kütləsinin ölçüsü və həcmini araşdırmaq üçün nazirliyin monitorinq qrupu ərazidə tədqiqat işləri aparır”.

Paylaş