İstirahət günləri üçün HAVA PROQNOZU

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində – fevralın 15-16-da gözlənilən hava proqnozunu açıqlayıb.

Departamentdən Biosfer.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı proqnozlaşdırılır.

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-4° şaxta, gündüz 5-8° isti olacağı bildirilir.

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti olacağı ehtimalı var.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10° şaxta, gündüz 2-7° isti olacağı ehtimal edilir.

Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-4°, gündüz 7-10° isti təşkil olacağı gözlənilir.

Paylaş