Türkiyədə əlverişsiz hava şəraiti fəsadlar törədib

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Biosfer.az xəbər verir ki, ölkə ərazisində yağan güclü qar səbəbindən Şərqi Anadolu bölgəsinin Ərzurum, Ağrı, Ərzincan, Tunceli, Ərdahan, Qars, Van, Hakkari, Bitlis və Muş şəhərlərinin 2816 yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

Hazırda bu yolların açılması istiqamətində işlər aparılır. Əhaliyə, xüsusilə yüksək bölgələrdə yaşayanlara qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.

Bəzi bölgələrdə məktəblər müvəqqəti bağlanıb.

Paylaş