Britaniyada Siyara fırtınası: 4 minədək ev elektriksiz qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Böyük Britaniya ərazisində tüğyan edən Siyara fırtınası 1 nəfərin ölümünə səbəb olub. Hempşirdə güclü külək nəticəsində ağac aşaraq 58 yaşlı kişinin həyatına son qoyub.

Ölkə ərazisində 140-dan çox sel xəbərdarlığı edilib. Krallığın cənub-şərqində təxminən 3950 ev elektriksiz qalıb.

Hitrou hava limanında 60-dan çox uçuş ləğv edilib. Dəmiryolu xəttinin hissələri su altında qalıb.

Fırtınalı hava şəraitinin həftənin çərşənbə gününə qədər davam edəcəyi açıqlanıb.

Paylaş