Balıq ovu ilə bağlı statistika açıqlandı

Google+ Pinterest LinkedIn Tumblr +

Balıq və digər su bioloji resurslarından istifadə qaydalarına müvafiq olaraq, ölkədə ötən il 151 hüquqi və fiziki şəxsə balıq və digər su bioloji resurslarının ovu üçün verilən 1185,8 ton kvotaya qarşı 1176,6 ton və ya 2018-ci illə müqayisədə 27,1 faiz az balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən Biosfer.az-a verilən məlumata görə, ovlanmış balığın 694 tonu kilkə, 105,7 tonu kütüm, 81,3 tonu siyənək, 69,9 tonu kefal, 59,7 tonu külmə, 40,8 tonu çapaq, 45,4 tonu çəki, 20 tonu dabanbalığı, 10,0 tonu sıf, 8,2 tonu şamayı, 5,0 tonu naxa, 3,4 tonu qarasol, 2,0 tonu xəşəm, 31,2 tonu digər balıq növlərinin payına düşüb.

Ötən ildə balıqçılar kvota üçün 101,6 min manat ödəniyib. Kvota üzrə ovlanmış balıq da nəzərə alınmaqla hüquqi və fiziki şəxslər tərəfindən ümumilikdə 2019-cu ildə ilkin məlumata görə 63 084 ton balıq ovlanıb ki, bu da 2018-ci ildəkindən 1,9 faiz çoxdur.

Paylaş