Türkiyədə təbii fəlakət: ölən və yaralananlar var

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Elazığ şəhərinin Sivrice rayonunda dünən 20.55-də qeydə alınıb. Təkanların ocağı yerin 7 kilometr dərinliyində olub.

Elazığ və Malatya şəhərlərində ölənlərin sayı 20-yə çatıb. Hadisə nəticəsində 1015 nəfər yaralanıb.

Avropa Aralıq Seysmologiya Mərkəzinin məlumatına görə, zəlzələ İsrail, İraq və Suriyada da hiss olunub.

Paylaş