Fici sahillərində zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Seysmoloqlar Fici sahillərində 5,5 bal gücündə zəlzələnin baş verdiyini qeydə alıblar.

Biosfer.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Yeraltı təkanların episentrinin Lautoka şəhərindən 129 kilometr şimal-şərqdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Bundan əvvəl Kamçatka yarımadasının şərq sahillərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Paylaş