Pakistanda yağışlar, qar uçqunları və daşqınlar nəticəsində azı 93 nəfər həyatını itirib, 53 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Biosfer.az Pakistan mətbuatına istinadla xəbər verir ki, ən çox itki Azad Kəşmirdə qeydə alınıb. Orada ölənlərin sayı – 66 nəfər, Bəlucistanda 20, Pəncab əyalətində isə azı yeddi nəfər ölüb, çoxlu yaralınının olduğu haqda məlumatlar verilir.
Son bir neçə gündə yağış, qar uçqunları və daşqınlar Bəlucistan, Azad Kəşmir, Sind və Pəncab əyalətlərinə daha çox zərər vurub.
Sinoptiklər belə hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildiriblər.