İqlim dəyişmələri 2020-ci ildə Baş Assambleyanın prioritetlərindən biri olacaq

Google+ Pinterest LinkedIn Tumblr +

Sülh və təhlükəsizlik, aclığa qarşı mübarizə, təhsil, iqlim dəyişmələri, Dayanıqlı İnkişaf Hədəfləri. BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande 74-cü sessiyanın sentyabrın əvvəllərinədək davam edəcək işinin prioritetlərindən danışıb.

Biosfer.az BMT-nin saytına istinadla xəbər verir ki, Baş Assambleyanın sədrinin sözlərinə görə, iyunda Lissabonda okeanlara dair konfrans keçiriləcək, lakin artıq fevralda ona hazırlıq çərçivəsində BMT-də yeddi “interaktiv dialoq” olacaq. Dialoqların məqsədi Portuqaliya paytaxtında keçiriləcək konfransın yekunlarına dair qəbul edilməsi planlaşdırılan deklarasiyanın müddəalarını razılaşdırmaqdır. Biomüxtəliflik məsələlərinə dair Sammitə hazırlıq da irəlicədən – yanvarda başlayacaq. Baş Assambleyanın prezidenti iyunda səhralaşmaya və quraqlığa qarşı mübarizə məsələlərinə dair yüksək səviyyəli dialoq keçirəcək.

Paylaş