Cəlilabadda ağacların kəsildiyi aşkarlanıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Ələt-Astara magistral yolunun Cəlilabad rayonundan keçən hissəsində ağacların kəsildiyi aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, araşdırma zamanı ağacların Cəlilabad rayonunun Günəşli kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi məlum olub və faktla bağlı akt tərtib edilib. Məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər Cəlilabad Rayon Prokurorluğuna göndərilib.

Paylaş