Yanvarda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Biosfer.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 3-7°, bəzi günlərdə 2° şaxtadan 1°-dək isti, gündüzlər 7-12° isti olacaq, bəzi günlərdə isə 15-18°-dək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 millimetr) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1° şaxtadan 2°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 4-9°, dağlıq ərazilərdə 10-15° şaxta, gündüzlər 7-12° isti, bəzi günlərdə 0-3° şaxta olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 14-25 millimetr) bildirilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 0-5°, bəzi günlərdə 6-11° şaxta, gündüzlər 4-9° isti, bəzi günlərdə 0-5° şaxta olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (16-24 millimetr) ehtimal edilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 2-5° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 2-7° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 8-13°, bəzi günlərdə 0-5° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (10-32 millimetr) proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperatur 2-4° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 0-5° isti, bəzi günlərdə 2-7°, yüksək dağlıq ərazilərdə 13-18° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 0-5° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 22-49 millimetr) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperatur 4-7° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 2-7° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 8-13° isti, bəzi günlərdə 5°-dək isti olacağı bildirilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 17-30 millimetr) proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 5-7° isti olacaq. Bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 3-8°, dağlarda 0-5° isti, bəzi günlərdə 5-10° şaxta, gündüzlər 7-12°, bəzi günlərdə 1-4° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 63-98 millimetr).