Bu bağdan qışın oğlan çağında da üzüm dərmək mümkündür – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Tənəklər bütün yarpaqlarını töksə də, bir neçəsi meyvəsini üzərində saxlayıb.

Biosfer.az xəbər verir ki, Yevlax rayon sakini Vidadi Şöyübov ailə üzvlərinə bayram günü süfrəyə üzümü bağdan gətirəcəyinə söz verib. Vədinə əməl edə bilib. İxtisasca aqranom olan Vidadi kişi, yetişdirdiyi üzüm salxımlarını heç bir kimyəvi vasitədən istifadə etmədən dekabrın son günlərinə qədər saxlayıb. Xeyli əziyyət çəksə də, bağdan dərilən ağ və qara üzüm sortları elə avqustda yetişənin dadını verir.

Yevlax sakini üzüm bağlarında məhsulu bu cür saxlamağın üstün cəhətləri olduğunu deyir. Soyuducu anbarlarda saxlanan meyvələr həm dadını, həm də çəksini itirir. Amma ağacdan dərilən üzüm daha dadlı olur.

Yevlax sakininin dekabrın son günlərinə qədər saxladığı üzümün alıcısı da az deyil. Kiloqramına 2 manatdan müştəri düşənlər olsa da, Vidadi kişi məhsul az olduğundan satış etmir. (Yeniavaz.com)

Paylaş