Filippində qasırğaya görə fəlakət vəziyyəti elan edilib

Google+ Pinterest LinkedIn Tumblr +

Filippinin Mindoro adasında Ursula tayfunu ilə bağlı fəlakət vəziyyəti elan edilib.

Biosfer.az xəbər verir ki, təbii fəlakət zamanı Milad bayramı günü bir çox evlər dağılıb, elektrik xətti qırılıb.

Qərbi Mindoro əyalətinin rəhbərliyi tərəfindən ada ilə bağlı atılan bu addım ehtiyat vəsaitlərindən istifadə etmək imkanı yaradacaq.

AFP-nin məlumatına görə, əyalətdə bir neçə şəhərin ciddi ziyan gördüyü təbii fəlakət nəticəsində dekabrın 24-dən ölkə üzrə 16 nəfər ölüb, 58,4 min sakin təxliyyə olunub.

Paylaş