Gələn ilin yanvar ayında Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şaxtalı və qarlı günlərin sayı azalacaq. Dünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir.
Biosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 25-də keçirdiyi brifinqdə deyib.
Hidrometeorologiya Departamentinin direktoru, həmçinin qeyd edib ki, yanvar ayında paytaxtda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur.