Son 27 ildə Azərbaycanda yağıntıların miqdarı azalıb

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanda 1992-2019-cu illər üzrə gündəlik hidrometeoroloji məlumatlar təhlil edilib. Climpact modelinə əsasən, göstərilən dövr ərzində Böyük və Kiçik Qafqazda şaxtalı, qarlı günlərin sayının azaldığı müəyyən edilib. Xüsusilə Şəki-Zaqatala bölgəsində, Qəbələdə, Kiçik Qafqazda, Daşkəsən-Gədəbəy zonasında şaxtalı, qarlı günlərin sayı azalıb. Ölkənin sahilyanı ərazilərində isə yağıntıların miqdarında cüzi artım baş verib.

Biosfer.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 25-də keçirdiyi brifinqdə deyib.

Umayra Tağıyeva qeyd edib ki, şaxtalı, qarlı günlərin sayının azalması ölkənin dağlıq ərazilərində dağ çaylarını qidalandıran çaylarda su ehtiyatının azalmasına səbəb olur: “Son 10 ildə ölkədə əsas dağ çaylarının formalaşdığı ərazilərdə yağıntıların miqdarı orta hesabla 8,7 faiz azalıb”.

Paylaş