Azərbaycanda zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Dekabrın 20-də yerli vaxtla saat 08:00-da Bərdə seysmoloji stansiyasından 8 kilometr cənub-qərbdə Bərdə ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Biosfer.az-a bildirilib ki, yeraltı təkanın maqnitudası 3.2, dərinliyi 24 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Daha əvvəl dekabrın 20-də yerli vaxtla saat 03.57-də Altıağac seysmoloji stansiyasından 22 kilometr şimal-şərqdə Siyəzən ərazisində 3.3 maqnitudalı zəlzələ qeydə alınmışdı.

Paylaş