Gözəlliyi ilə valeh edən Azor adaları

Google+ Pinterest LinkedIn Tumblr +

Azor adaları Portuqaliyanın dayanıqlı turizm istiqaməti sertifikatı alan ilk regionudur. Bu mükafat dünyada yalnız 13 regiona verilir. Eyni zamanda, Azor adaları bu cür sertifikatı alan dünyanın birinci və yeganə arxipelaqıdır.

Biosfer.az xəbər verir ki, sertifikat “Earthcheck” Beynəlxalq Turizm Məşvərət Şurası tərəfindən “gümüş” kateqoriyasında təqdim edilib. Bu sertifikatın verilməsi barədə Anqra-du-Eroişmudakı Terseyr adasında dünyanın 42 ölkəsindən 300 iştirakçının iştirakı ilə keçirilən Dayanıqlı Turizm üzrə Qlobal Şurada elan edilib.

Sertifikatlaşma prosesi 2017-ci ildən – BMT-nin dayanıqlı turizm Beynəlxalq ili elan etdiyi vaxtdan başlayıb. Bu sertifikata layiq görülən turizm istiqaməti həmin sənəddən bir il müddətində istifadə edir. Azor adaları indi öz irsini ötürməklə məşğul olmalıdır.

Tədqiqatlar zamanı Azor adaları heyvanlar aləminin ən çox qorunub saxlanıldığı və yaşıllıq zonasının ən geniş olduğu etalon təyinat məntəqəsi elan edilib. Regionun strategiyası kütləvi turizmə deyil, məhz təbiətin və ətraf mühitin mühafizəsinə yönəlib.

2019-cu ilin yanvar-sentyabr aylarında Azor adalarında turist aktivliyi 17 faiz artıb və yerli icra hakimiyyəti orqanlarının hesablamalarına görə, ilin sonunda burada gecələmənin sayı 3 milyona çatacaq.

Paylaş