Ağ Adada vulkan püskürdü: ölənlər var

Google+ Pinterest LinkedIn Tumblr +

Yeni Zelandiya Polisi Ağ Adada vulkan püskürməsi nəticəsində həlak olanların sayının beş nəfərə çatdığını bildirib. Daha 27 nəfər itkin düşüb.

Biosfer.az xəbər verir ki, bu barədə təbii fəlakətlə əlaqədar təşkil edilən brifinqdə Mülki müdafiə qərargahı komissarının müavini Con Tims bildirib.

Qeyd edilib ki, bütün adanı əhatə edən kül axtarış-xilasetmə işlərinə maneə yaradır. Hazırda qərargahda xilasetmə işlərinin bərpa olunması ilə bağlı mütəxəssislərlə məsləhətləşmələr aparılır.

Son məlumatlara görə, 18 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir. Həlak olanların hamısı adada vulkan püskürdükdən dərhal sonra təxliyə olunanlardır. Onlardan dördü Vakatana xəstəxanasında keçinib. Adada hələ də 27 nəfərin qaldığı güman edilir. Lakin polis onların sağ qalmasına əmindir. Ada ilə əlaqə yoxdur.

İlkin məlumatlara görə, püskürmə anında adada yeni zelandiyalı və əcnəbi turistlər olublar. Onların bir hissəsinin “Ovation of the Seas” kruiz laynerindən olduğu bildirilir.

Yeni Zelandiya təcili xidmətinin yaydığı məlumata görə adada qalanların təxliyəsi üçün 11 helikopter və 12 təcili yardım maşını cəlb edilib.

Paylaş