Almaniyada çıxan “Berliner Press” nəşrində AZƏRTAC-a istinadla dekabrın 6-da Azərbaycanda 650 min ağacın əkilməsi üzrə aksiyanın keçirilməsi barədə yazı dərc edilib. Yazıda deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aksiyada iştirak ediblər.
Biosfer.az xəbər verir ki, yazıda böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr edilmiş aksiyanın mahiyyətindən danışılır.
Yazıda xüsusi vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş bu aksiya təkcə Azərbaycanda deyil, bütün dünyada böyük əks-səda doğurub.