Qarğalar şəhərə hücum etdi – Turistlər qorxu içində

Google+ Pinterest LinkedIn Tumblr +

Malayziya hökumətinin başı dərddədir. Söhbət heç də siyası problemlərdən və ölkədaxili münaqişələrdən getmir.

Biosfer.az xəbər verir ki, ölkənin turist şəhərləri qarğaların hücumuna məruz qalıb. Xüsusən də Melakke şəhərinin səmasında qarğalar çoxluq təşkil edir. Onlar turistlərin əşyalarını oğurlayır, hətta onların başına zədə də yetirirlər.

Hazırda Melakke rəhbərliyi küçələri təmizləmək üçün əlavə işçilər təyin edib. Bundan başqa, qarğaları qorxutmaq üçün küçələrdə ultrasəs cihazları quraşdırılıb. Əgər bu üsul faydalı olsa, belə cihazların sayı artırılacaq.

Paylaş