Dənizdəki işçilər təxliyyə edildi

Google+ Pinterest LinkedIn Tumblr +

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar SOCAR dənizdə çalışan 420 nəfər işçisini təxliyyə edib.

Bu barədə Biosfer.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

O bildirib ki, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib:

“Dənizdə çalışan işçilərimiz təxiyyə edilərək sahilə çıxarılıb. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb. Hava şəraiti normallaşdıqdan sonra işçilər yenidən iş yerlərinə qaytarılacaq”.

Paylaş